Accessibility links

RT televiziyasının aparıcısı Rusiyaya etiraz olaraq canlı yayımda istefa verib


Liz Val

Liz Val

Rusiyanın maliyyələşdirdiyi Russia Today telekanalının aparıcısı Liz Val canlı yayım zamanı istefa verdiyini elan edərək, RT televiziyasının Rusiya prezidenti Vladimir Putinin hərəkətlərinə bəraət qazandırdığını deyib.

“Bu şirkətdə çalışan jurnalist kimi mən əxlaqi və mənəvi sınaqlarla üzləşirəm”-deyə Liz Val canlı efirdə bildirib.



Liz Val ailəsinin Amerikaya gəlməsinin tarixindən danışaraq, nənəsi və babasının Macarıstanda qiyam zamanı sovet ordusunun əlinə keçməmək üçün Amerika Birləşmiş Ştatlarına pənah gətirdiklərini xatırladıb. “Mən müharibə veteranının qızıyam. Mənim partnyorum hərbi bazada həkimdir. O, hər gün bu ölkə üçün insanların verdyi qurbanlar haqda məlumatı ilk mənbədən alır” - deyə aparıcı efirdə bildirib.

Liz Val Rusiya hökuməti tərəfindən maliyyələşdirilib, Putinin əməllərinə haqq qazandıran bir tele-şirkətdə çalışa bilmədiyini deyib.

“Mən amerikalı olduğumla fəxr edirəm və həqiqətin yayılmalı olduğuna inanıram. Buna görə də mən bu proqramdan sonra istefa verirəm” - deyə Liz Val elan edib.

RT telekanalının Vaşinqton bürosunun əməkdaşı olan Liz Val canlı efirdə istefasını elan etdiyi zaman Rusiyanın Ukraynaya müdaxiləsini qınaması ilə medianın diqqətini cəlb etmiş həmkarı Ebbi Martinin adını qeyd edib. O, Twitterdə həmkarına dəstəyini ifadə edib. Emili Martin Rusiya hökumətini efirdə tənqid etdikdən sonra teleşirkət ona Krıma ezamiyyətə getmək təklifi edib. O, RT şirkətində işləməyə davam edir.
XS
SM
MD
LG