Accessibility links

Lənkəranda qarşıdurma, 6 nəfər saxlanıb


Lənkəranda qarşıdurma, 6 nəfər saxlanıb

Lənkəranda qarşıdurma, 6 nəfər saxlanıb

Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi qaldırılıb.

Dekabrın 15-də Azərbaycanın Lənkəran rayonunun Nərimanabad kənd (Bakıdan 270 kilometr cənub) sakinləri ilə hüquq-mühafizə orqanları arasında insident yaranıb.
Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatına görə, kəndin bir qrup sakini dəniz sərhədlərini pozaraq qanunsuz balıq ovu ilə məşğul olarkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb. Bundan xəbər tutan həmin şəxslərin yaxınları, təxminən 150 nəfər kənd sakini sərhəd zastavasına gələrək hərbçilərə təzyiq göstərib, onların azad olunmalarını tələb edib.
Daxili işlər orqanlarının hadisə yerinə gəlmiş əməkdaşları kənd sakinlərini sakitləşdirməyə çalışıb, asayişi pozmamağa çağırıb. Lakin sakinlərin bir qrupu polis əməkdaşlarına müqavimət göstərib, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 9 nəfər Lənkəran Polis İdarəsinə aparılıb. Onlardan 3-dən izahat alındıqdan sonra buraxılıb, 6 nəfər saxlanıb.
Fakt üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi qaldırılıb, istintaq aparılır.

XS
SM
MD
LG