Accessibility links

Petro Dollarlar


Houston Chronicle qəzetinin baş məqaləsi xarici mənbələrdən qaynaqlanan pullarla 2013-cü ilin mayında Bakıya səfər etmiş ABŞ konqresmenlərini tənqid edib. "Neft pulları" adlanan məqalədə deyilir:

"ABŞ Nümayəndələr Palatasının üzvləri seçicilərinin maraqlarını nəzərə almaq üçün seçilir. Lakin Azərbaycana gəlincə, hədəfli şəkildə verilmiş bəzi ianələr siyasətçilərin bu maraqları uzaq bir ölkədə tapmalarına yardımçı ola bilər.

Digər tərəfdən Azərbaycan Əliyevlər ailəsi tərəfindən idarə edilən korrupsioner və kleptokrat bir ölkədir. Əliyevlər siyasi fikir ayrılıqlarını boğmaqla yanaşı ciblərini doldurur.

Dörd Texas nümayəndəsi də daxil edilməklə 10 qanunvericinin Azərbaycanda təşkil edilən Energetika Konfransındakı iştirak xərcləri ödənilib. Lakin gəlirsiz təşkilat tərəfindən ödənildiyi deyilən xərclərlə qanunvericilərin iştirak etdiyi konfrans Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-ın sponsorluğu ilə keçirilib. Həmin vaxt SOCAR İranın neft şirkəti NİOC-a qarşı sanksiyaların yüngülləşdirilməsi üçün lobbiçilik aparırdı.

Konfransdan az sonra Nümayəndələr Palatası hər iki ölkə tərəfindən inkişaf etdiriləcək qaz sahəsi istisna edilməklə, İrana qarşı sanksiyaların tətbiqinə dair qanun layihəsini təsdiq edib.

Bakıya səfər etmiş konqresmnelər
Bakıya səfər etmiş konqresmnelər

Beynəlxalq münasibətlərə qeyri-emosional prizmadan baxdıqda Azərbaycan regional tərəfdaş kimi mühüm rol oynaya bilər. Azərbaycan qazının ABŞ və NATO-nu dəstəkləyən Avropaya nəqli Rusiyadan asılılığa son qoya bilər. Belə ki, Azərbaycan radikal islamçıların əksəriyyət təşkil etdiyi regionda dünyəvi bir ölkədir.

Digər tərəfdən Azərbaycan Əliyevlər ailəsi tərəfindən idarə edilən korrupsioner və kleptokrat bir ölkədir. Əliyevlər siyasi fikir ayrılıqlarını boğmaqla yanaşı ciblərini doldurur.

Azərbaycan hökuməti ABŞ-da məhz ikinci xüsusiyyətlər üzərində qrulumuş lobbiçiliyə milyonlarla dollar sərf edir. Azərbaycanın Dostları Assambleyası kimi lobbiçi təsisatları Galleria sahəsində belə ofislərə malikdir.

Dünya ABŞ hökumətinə təsir göstərmək istəyən qeyri-şəffaf gəlirsiz təşkilatlarla doludur. Onların uğuru Amerikanın sadəlövh və ya korrupsioner nümayəndələrindən keçir. Hazırki ssenarinin hansı kateqoriyaya mənsub olduğu sual doğurur.

Qanuna edilən dəyişikliklər göstərir ki, siyasi dollarların cazibəsi həqiqi seçicilərin maraqlarını üstələyə bilir.

Texas nümayəndəsi Ted Poe Nümayəndələr Palatasının Etika Komitəsi qarşısında səfərinin lobbiçilik sposorluğu ilə əlaqəli olduğundan xəbərdar olmadığını bildirib. Qeyd edək ki, Poe mətbuatla açıq danışan yeganə nümayəndədir.

Təmtəraqlı səyahət siyahısında Sheila Jackson Lee, Stieve Stockman, Ruben Hinojosa və digərləri də yer alır.

Qanuna edilən dəyişikliklər göstərir ki, siyasi dollarların cazibəsi həqiqi seçicilərin maraqlarını üstələyə bilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG