Accessibility links

Lobbiçiliyin siyasətə təsiri


Lobbiçiliyin siyasətə təsiri
Lobbiçiliyin siyasətə təsiri

ABŞ konstitusiyasında lobbiçiliyin dövlət qərarvermə prosesində iştirak etmək üçün müddəaları var

ABŞ-da ictimai-siyasi qərarlar çıxarılanda, korparasiyalar, advokatlıq qrupları və başqaları qərarlara təsir etmək üçün konqreslə və dövlətin icraçı qolu ilə sıx təmasda olur. ABŞ-da qanunlar geniş ictimai proseslərdə meydana cıxırlar. Qanun layihəsi adlanan təkliflər konqresə təqdim edilir, müşavirə edilir və səsə qoyulur. Sonra ABŞ dövlətinin icraçı qanadı yeni qanun layihələrini və onlardan yaranan nizamlamaları bir neçə departamentlərd və agentliklər vasitəsilə həyata keçirir. Bu qanunların və nizamnamələrin təsirinə məruz qalmış fərdi şəxslər və biznesmenlər onların yaranmasına və qüvvəyə minməsinə təsir göstərmək istəyirlər. ABŞ-da bu növ səylər lobbiçilik adlanır. Və bu tək Vaşınqtonda deyil həm də bütün 50 ştatın paytaxtlarında baş verir. ABŞ konstitusiyasında lobbiçiliyin dövlət qərarvermə prosesində iştirak etmək üçün müddəaları var. Corctaun universitetinin ictimai siyasət üzrə professoru Mark Rum qeyd etdiyi kimi, bu müddəalar başlıca konstitusiya prinsiplərində əks olunur. Konstitusiyada sərbəst toplaşmaq hüququmuz var. Dövlətə vəsatət qaldırmaq hüququmuz var. Bizim azad çıxış etmə və mətbuat azadlığımız var. Beləliklə insanlar dövlətə təsir etmək üçün qanunu dəyişmək istəyəndə, onlar bunu etmək üçün konstitusiyaya uyğun nümayiş edirlər. Bu hüquqlara görə Amerika vətəndaşları üçün Konqres üzvlərinə zəng etmək, yazmaq, e-mail etmək və bəzən nümayişlər keçirmək aiddir. İnsanlar leyhinə və ya əleyhinə olduqları qanunvericilərə müzakirədə olan qanun layihəsinə onların istədikləri kimi səs verməsini bildirirlər. Vaşınqtonda böyük miqyaslı lobbiçilik üçüncü tərəfin nümayəndələri tərəfindən həyata keçirilir. Washington Examiner qəzetinin müxbiri Tim Karne aydınlıq gətirir. Birtərəfli lobbiçilik inkişaf edib. Elə olublar ki, silah azadlıq qrupu və ya başqa maraqlı qrup kimi şirkətlər və ya maraqlı qruplar öz heyyətlərindəki mütəxəssislərdən və ya şirkətə xidmət göstərən məsləhətçilərdən istifadə edərək onları təmsil etmək üçün Kapitoliyaya göndərirlər. Bu insanlar lobbiçilərdir və onlar Konqresin necə işləməsindən və qaydalar haqqda başqalarından daha çox məlumatlıdırlar. Lobbiçilik Vaşınqtonda əsas sənayedir. 2009-cu ildəki hesablamalara görə Konqresə və Ağ Evə təsir etmək üçün 3.5 milyard dollar pul xərclənmişdir. Və bunların əksəriyyəti qanunvericilik prosesinə və tənzimləyici mühafizəyə təsir etməkdə mütəxəssis hüquqşünas şirkətləri tərəfindən edilir. Bu lobbiçi şirkətlər öz müştərilərinin mənafeləri üçün qanunvericiliyə və siyasətə təsir etməkdə böyük uğur əldə ediblər. Vaşınqtonda Politico qəzetinin müxbiri Ken Voqel deyir ki, bu təsir o qədər güclüdür ki, bəzən qanunvericilər mahiyyətcə lobbiçilərin istəklərinin ardınca gedirlər. Bəzi hallarda lobbiçi qruplar o qədər uğurlu və təsirə malik olurlar ki onlar Konqres Üzvlərinə qanunlayihələri yazırlar, təklif qanunlayihələri. Və Konqres Üzvləri həmin qanunlayihələrini bir söz belə dəyişmədən səs verməyə təqdim edirlər. Vaşınqtonda lobbiçilik təkcə amerikalılarla məhdudlaşmır. Hətta beynəlxalq şirkətlər və xarici dövlətlər də ABŞ-ın qanunvericiliyinə və nizamlamasına təsir etməyə çalışırlar. Düzdür, prosesi idarə edmək üçün bir sıra federal qanunlar və əxlaq normaları mövcuddur, və bu normalar həyata keçirilir. Lakin onlar qüsursuz deyil. Bu normaların bəzilərini və onların həyata keçirilməsi prosesini növbəti buraxılışımızda izləyəcəyik.

XS
SM
MD
LG