Accessibility links

Olimpiadanın 3-cü günü çox sayda qızıl medal uğrunda yarışlar gedir


ABŞ üzgüçüsü Rayn Lakt yay olimpiya oyunlarında ikinci qızıl medalı almaq əzmindədir

Bazar ertəsi günü London Olimpiadasının üçüncü günü idmançılar çox sayda medal uğraunda mübarizə aparır.

ABŞ üzgüçüsü Rayn Lakti yay olimpiya oyunlarında ikinci qızıl medalı almaq əzmindədir. O, 200 metr sərbəst üzgüçülük üzrə yarışda mübarizə aparacaq.

ABŞ atletləri kişilər arasında son illər çinlilərin daha uğurlu çıxış etdiyi gimnastika üzrə yarışlarda qızıl medal qazana bilər.

Qadınlar arasında basketbol üzrə seçmə oyunda bu gün ABŞ və Anqola komandaları yarışır.

Olimpiadada əsas suallardan biri azarkeşlərin müxtəlif yerlərdə atletlərin mübarizəsini seyr edə bilib-bilməməsidir. Çünki indiyə qədər sıra və cərgələrdəki oturacaqlar boş qalıb.

Olimpiadanın təşkilatçıları oturacaqların istifadə olunmamasına görə sponsorları təqsirləndirir. Təşkilatçılar biletləri yerli uşaqlara və hərbiçilərə paylayaraq çox sayda bilet satacaqlarına söz veriblər.

Bilet məsələsinə görə həm idmançılar və həm də azarkeşlər hiddətlənib. Televiziya kadrları müxtəlif tədbirlərdə bloklarla boş qalan yerləri nümayiş etdirib.

Britaniyanın The Telegraph qəzeti bazar ertəsi çıxan sayında bildirib ki, bazar günü ən azı 12000 oturacağın istifadə olunmadığı üzə çıxarıb.
XS
SM
MD
LG