Accessibility links

Britaniya avarçəkənləri Olimpiadada ölkələrinin ilk qızıl medalını qazanıblar


Avstraliya gümüş, Yeni Zelandiya isə bürünc medal qazanıb

Çərşənbə günü Helen Qlover və Hiter Staninq qadınlar arasında keçirilən qoşa avarçəkmə müsabiqəsinin qalibi olmaqla Britaniyaya London 2012 Olimpiadasında ilk qızıl medalı qazandırıblar.

Bu, Olimpiya rekordu vurmuş Qlover və Stanninqin mövsüm boyu yüksək göstəricilərin zirvəsidir. Avstraliya gümüş, Yeni Zelandiya isə bürünc medal qazandi.

Eyni zamanda, velosipedçi Bradli Viqqinsin Britaniyanın ən çox medal almış olimpiadaçısı olmaq imkanı var. Kişilər arasında keçiriləcək fərdi yarışının qızıl, gümüş ya da bürünc medalı bu il Tour de Fransın qalıbi olan Viqqsə verilsə, idman karyerası dövrü onun Olimpiya medallarının ümumi sayı yeddiyə çatacaq.

Kişilər arasında keçiriləcək üzgüçülük yarışında “Raket” ləqəbli avstraliyalı Ceyms Maqnusen dünya rekordunun sahibi Braziliyalı Sezar Sielo və altı digər rəqiblə 100 metrlik sərbəst yarışmada qarşılaşacaq. Maqnusen komanda yoldaşları ilə birlikdə üzgüçülük üzrə 4x100 metrlik sərbəst estafet yarışlarında dördüncü yerə sahib olması onun uğursuz Olimpiya debütü kimi qiymətləndirilir.

Olimpiya oyunlarında baş verən digər mübahisədə çərşənbə günü Dünya Badminton Federasıyası pis davranış nümayiş etdirməklə “oyunu qazanmaq üçün ən yaxşı səyləri göstərmədiklərinə görə” səkkiz oyunçuya qarşı intizam dinləmələri təyin edib.

Çərşənbə axşamı Çin və İndoneziya komandalarının hərəsindən bir idmançı, Şimali Koreyanın isə iki komandası digər raundlarda daha yaxşı bərabərliyi təmin etmək üçün özlərini məğlub göstərdiklərinə görə Vembley arenasındakı tamaşaçılar tərəfindən fitə tutuldular.

Birləşmiş Ştatlar ümumi 24 medalla ümumi medal sayına görə birinci yerdə qərarlaşıb. Çin 23 medalla ikinci, Fransa və Yaponiya isə 12 medalla üçüncü yerdə gəlir. Çin 13 qızıl medalla doqquz qızıl medala sahib olan ABŞ-dan öndədir.
XS
SM
MD
LG