Accessibility links

"Çirkli pullar" Britaniyada necə yuyulur [Video]


Son 5 ildə Londonun ən bahalı əmlaklarına qiymətlər 42 faiz artıb. Fəalların dediyinə görə, cinayət yolu ilə qazanılan “çirkli pullar” əmlak almaqla yuyulur.

Bu yaxınlarda korrupsiya ilə mübarizə fəalı Roman Borisoviçin “Rusiyadan nağd pulla” adlı verilişində o, özünü Rusiya naziri kimi təqdim edərək Londonun mərkəzində əmlak almaq üçün şəhərin bir neçə daşınmaz əmlak agentliyini ziyarət edir. “Hətta mən həmin pulların dərmanlar üçün nəzərdə tutulduğunu, yaxud oğurladığımı deyəndə də onlar öz işlərində idilər. Bu o demək idi ki, xəstə insanlar dərmansız qalacaq. Onların vecinə də deyildi.”

Alıcının adının gizli qalması üçün agentlər əmlakı offşor təşkilatları vasitəsilə almağı məsləhət görür. Biri Kiprdəki vergi sığınacaqından yararlanmağı, yaxud Britaniya ərazisi olan Cersidə qondarma şirkət qurmağı məsləhət gördü. “Bir agent var idi, bizimlə Cersidəki maliyyəçilər və kiprli vəkil arasında təmas qurmağa hazır idi”- deyə, Roman Borisoviç bildirir.

Hökumətin hesablamalarına görə, Britaniyadakı 191 milyardlıq əmlak offşor şirkətlərinə məxsusdur. Bu həftə Sinqapura səfəri zamanı müsahibə verən baş nazir David Kameron alqı-satqının qanuni olduğunu, lakin bəzi problemlərin də mövcud olduğunu dedi. “Biz korrupsioner rəsmilərin və cinayətkarların Londonda offşor şirkətlərinə qeyri-qanuni investisiyalarının qarşısını almalıyıq.”

Təhlilçilər deyirlər ki, hökumət çirkli pulların yuyulmasını artıq illərdir bilir. “Cinayət yolu ilə, bəlkə də terrorizmdən əldə edilən çirkli pulların qarşısı dərhal alınmalıdır.”

Britaniya qanununa görə, əmlak alqı-satqısı ilə məşğul olan agentlər cinayət yolu ilə qazanılan pullarla alınan əmlak barədə məlumat verməlidir. Lakin onlar deyirlər ki, bu pulların hansı yolla əldə edildiyini bilmək qeyri-mümkündür.

XS
SM
MD
LG