Accessibility links

“Qaradərililərin Həyatı Mühümdür” qrupu Londonun hava limanında etiraz aksiyası keçirib


“Qaradərililərin Həyatı Mühümdür” aksiyasının bəzi təşkilatçıları özlərini zəncirlə bir-birinə bağlayaraq London şəhərinin hava limanının uçuş-enmə zolağında etiraz aksiyası keçiriblər. Nümayiş uçuşların gecikməsinə səbəb olub və bəzi təyyarələrin enməsinə çətinlik yaradıb.

Etiraz aksiyası altı saat davam edib və icazəsiz qadağan olunmuş zonaya daxil olmalarına görə 9 nəfərin həbsi ilə nəticələnib.

Nümayişçilərin uçuş-enmə zolağına üzərək keçdiyi deyilir.

Britaniyanın “Qaradərililərin Həyatı Mühümdür” qrupu hava limanında nümayişlə bağlı məsuliyyəti öz üzərinə götürüb. Qrup bu baradə Tvitter səhifəsində açıqlama verib.

Qrup bildirib ki, etiraz aksiyasının hava limanında keçirilməsinin məqsədi bu aeroportdan yalnız kiçik elitar təbəqənin istifadə edə bildiyini, lakin 3000 qaçqının 2016-cı ildə Aralıq dənizini keçərkən həlak olduğunu vurğulamaqdan ibarətdir.

Hava limanının rəsmiləri uçuş zolağının fəaliyyətinin bərpa edildiyini və sərnişinlərdən baş verənlərə görə üzr istənildiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG