Accessibility links

Britaniya polisi terrorla bağlı əlavə iki adamı həbs etdi


London polisi cümə günü Parlament yaxınlığındakı hücumla əlaqədar əlavə iki adamı həbs edib.

Əks-terrorizm komandiri Mark Rouli həbsləri “mühüm” inkişaf kimi dəyərləndirsə də, detalllara varmayıb.

Komandir Mark Rouli deyib ki, Məsudun doğum adı Adrian Russell Ajao olub.

Polis rəsmiləri dörd adamı öldürümüş hücumçunun Xalid Məsud olduğunu müəyyən ediblər. Onun silah saxlamaq və başqa cinayət maddələri ilə bağlı geniş həbs tarixçəsi var.

Rouli deyib ki, Məsudun doğum adı Adrian Russell Ajao olub. Rouli Məsudla bağlı əlavə informasiya üçün ictimaiyyətə müraciət edib.

Sonradan İslam dinini qəbul etmiş Məsud ingilis dili müəllimi və kulturist olub.

London sakinləri terror qurbanlarının xatirəsini yad edir.
London sakinləri terror qurbanlarının xatirəsini yad edir.

O, başqa Avropa şəhərlərində hücum törətmiş islamçılardan daha yaşlıdır.

Baş nazir Tereza Mey Parlament qarşısındakı çıxışda hücumçunun bir vaxtlar “zorakı ekstremizmlə” bağlı MI-5 kəşfiyyat xidməti tərəfindən araşdırıldığını söyləyib. Lakin onun sözlərinə görə, bu şəxs mövcud kəşfiyyat data bazasında yer almayıb və onun planları ilə bağlı heç bir məlumat olmayıb.

Britaniya baş naziri Tereza Mey
Britaniya baş naziri Tereza Mey

Britaniya polisi cümə axşamı Londonda Britaniya Parlamenti binasının yaxınlığında baş verən hücumla əlaqədar olaraq səkkiz nəfərin həbs olunduğunu bildirir. Hücum zamanı hücumçu da daxil olmaqla beş nəfər ölüb.

İslam Dövləti qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İŞİD-in vebsaytında yerləşdirilən bəyanatda "hücumçunun İslam Dövlətinin əsgəri" olduğu bildirilir. Lakin qrup hücumun planlaşdırılması və ya həyata keçirilməsinə yardım edib-etmədiyini qeyd etməyib və hücumçunun terror qrupunun ABŞ-ın başçılıq etdiyi koalisiyanın müttəfiq ölkələrində mülki vətəndaşlara və orduya qarşı hücum etmək çağırışlarına cavab verdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG