Accessibility links

Uqandalı Stefen Kiprotiç kişilərin marafonunda gözlənilmədən qızıl medala yiyələnib.

2012-ci il London Olimpiadasının sonuna az qalmış Britaniya paytaxtı küçələrində düzənlənən qaçışda əsas rəqabətin Kenya və Efiopiya arasında cərəyan edəcəyi gözlənilirdi Amma 23-cü mildə öncüllüyü ələ alan Kiprotiç sonadək mövqeyini qoruyub saxladı.

2 saat 8 dəqiqə 1 saniyəyə məsafəni qət edən Kiprotiç kenyalı gümüş medalist Abel Kiruidən finiş xəttinə 26 saniyə tez çatdı.

Kişilərin basketbolunda ABŞ yığması İspaniyanı məğlub etdi. Matçı 107-100 hesabı ilə başa vuran amerikalılar qızıl medala yiyələndilər. Rusiya isə Argentinanı məğlub edərək bürünc qazandı.
XS
SM
MD
LG