Accessibility links

London Olimpiya Oyunlarının biletləri satışa çıxarılıb


London Olimpiya Oyunlarının biletləri satışa çıxarılıb

London Olimpiya Oyunlarının biletləri satışa çıxarılıb

Biletlər yarışların mərhələlərindən asılı olaraq 32-1200 dollar arasında dəyişir

2012-ci il London Olimpiya Oyunlarının biletləri satışa çıxarılıb. Təşkilatçılar yüksək təlabat qarşılığında onlayn sistemin tab gətirəcəyinə söz verib.

2012-ci il iyul ayının 27-si keçiriləcək London Olimpiyadasının açılış mərasiminə 500 gün qalır. Biletlərin satılması sistemində problemin olmadığını bildirən Təşkilat Komitəsinin sədri Sebastian Co azarkeşlərdən biletlərin alışını marafon şəklində aparmağı xahiş edib. Satışa 6.6 milyon bilet çıxarılıb. Onların almaq üçün qoyulan son müddət 26 apreldır. O əlavə edib ki, azarkeşlər biletləri almaq üçün gözəl imkanları var, sadəcə onlar bilet alışını son günə saxlamamalıdırlar. Biletlər yarışların mərhələlərindən asılı olaraq 32-1200 dollar arasında dəyişir. 1200 dollara olan ən bahalı bilet 100 metrlik qaçış üzrə final oyunadır.

XS
SM
MD
LG