Accessibility links

Londonda bıçaqla hücum həyata keçirən şəxs həbs edilib


London polisinin bildirdiyinə görə, bu gün şəhərin mərkəzində bir qadını bıçaqlayaraq öldürən, beş nəfərin isə yaralayan somalilinin terrora yol açan radikallaşma ilə heç bir əlaqəsi yoxdur. Rəsmilər həmin şəxsin əqli problemi olduğunu guman edir.

Polis 19 yaşlı şübhəlini London universiteti yaxınlığındakı Rossel meydanında elektroşok tapancasından istifadə edərək ələ keçirib. Adı hələ də açıqlanmayan şəxs xəstəxanada polis nəzarəti altındadır.

Polis işçilərinin çoxunda odlu silah olmadığına görə, London küçələrinə çox sayda silahlı polis yerləşdirilib.

Polis bıçaq yaraları səbəbindən ölən 60 yaşlarındakı qadının Amerika vətəndaşı olduğunu bildirib. Qadına ilkin yadım göstərilməsinə baxmayaraq, o, aldığı yaralar səbəbindən dünyasını dəyişib. Bıçaq zərbələri alan üç nəfərin artıq xəstəxanadan buraxıldığı bildirilib. Qalan iki nəfərin taleyi barədə hələ məlumat verilməyib.

XS
SM
MD
LG