Accessibility links

Marqaret Tetçer dəfn edildi [Fotoqalereya]


Bu gün Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerin dənf mərasimini izləmək üçün Londonun mərkəzində minlərlə insan toplaşıb. Xanım Tetçerin Britaniya bayrağına sarılmış tabutu atlarla müşayiət edilərək, izdihamla 170 ölkə lideri və rəsmisinin toplaşdığı Müqəddəs Pol kilsəsinə aparılıb.

Ənənəvi Anqlican mərasimində iştirak edən 2300 insan arasında Britaniya kraliçası Yelizaveta və onun həyat yolıdaşı şahzadə Filip də olub.

Mərasim zamanı xanım Tetçerin siyasi fəaliyyətindən çox şəxsi həyatından bəhs edən London yepiskopu Riçard Karter Tetçerin həm gözəl həyat yoldaşı, həm ana, həm də nənə kimi yadda qalacağını deyib.

Bazar ertəsi Bostonda həyata keçirilən bomba hücumlarından sonra bugünkü dəfn mərasimində təhlükəsizliyin təmin olunmasında 4 min polis iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG