Accessibility links

Londonda siyasi məhbuslara dəstək aksiyası


Art for democracy_logo
Art for democracy_logo

Tədbir Article 19 və İndex of Censorship təşkilatlarının dəstəyilə keçiriləcək. Azərbaycanın Londondakı səfirliyinin qarşısında Harlem Shake aksiyası olacaq


Bu gün yerli vaxtla səhər saat 10:00-da (Bakı vaxtı ilə saat 14:00) Azərbaycanın Londondakı səfirliyinin qarşısında Harlem Shake aksiyası keçiriləcək. Məqsəd diqqətin Azərbaycanda siyasi məhbuslar probleminə yönəldilməsidir.

Etirazçılar Art for democracy (Demokratiya naminə incəsənət) kampaniyasının keçirdiyi aksiya çərçivəsində Londondakı Azərbaycan səfirliyin yaxınlığında toplaşacaqlar.

Tədbir Article 19 və İndex of Censorship təşkilatlarının dəstəyilə keçiriləcək. Bu barədə aksiya təşkilatçılarından Turan-a daxil olan məlumatda deyilir.

Gənc fəal İlkin Rüstəmzadə mayın 17-də siyasi motivlərlə həbs olunub. O, Bakı bulvarında çəkilmiş Harlem Shake videosu ilə əlaqədar xuliqanlıqda ittiham edilib.

Bu günkü aksiyanın iştirakçıları İ.Rüstəmzadənin və 80-dən çox digər siyasi məhbusun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edəcəklər.

Onlar həmçinin Azərbaycan hökumətinə insan hüquqları üzrə öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün beynəlxalq təzyiqin artırılmasını tələb edəcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG