Accessibility links

London hücumu ilə əlaqədar olaraq səkkiz nəfər həbs edilib


Britaniya polisi cümə axşamı Londonda Britaniya Parlamenti binasının yaxınlığında baş verən hücumla əlaqədar olaraq səkkiz nəfərin həbs olunduğunu bildirir. Hücum zamanı hücumçu da daxil olmaqla beş nəfər ölüb.

Dünən terror aktı bizi susdurmağa çalışdı, amma bu gün biz normal işimizə qayıtdıq. Bundan əvvəlki nəsillərimiz də, bizdən sonrakı nəsillər də belə etməyə davam edəcək və sadə bir mesajı çatdıracaq: Biz qorxmuruq və geri çəkilməyəcəyik.
Teresa Mey

Londonun Metropolitan Polis Xidmətinin terrorla mübarizə bölməsinin başçısı Mark Rouli bildirib ki, bu səkkiz şəxs altı ünvanda aparılan axtarışlar zamanı həbs olunub. O həmçinin deyib ki, London, Birminqam və ölkənin digər yerlərində təhqiqatlar davam edir.

İslam Dövləti qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İŞİD-in vebsaytında yerləşdirilən bəyanatda "hücumçunun İslam Dövlətinin əsgəri" olduğu bildirilir. Lakin qrup hücumun planlaşdırılması və ya həyata keçirilməsinə yardım edib-etmədiyini qeyd etməyib və hücumçunun terror qrupunun ABŞ-ın başçılıq etdiyi koalisiyanın müttəfiq ölkələrində mülki vətəndaşlara və orduya qarşı hücum etmək çağırışlarına cavab verdiyini bildirib.

Hücumçu ilk olaraq maşınını İcmalar Palatası yaxınlığında Vestminster Körpüsündə piyadaların üzərinə sürüb.

Bunun ardınca o, maşından enib və Parlamentə yaxınlaşaraq orada təhlükəsizlik işçisini bıçaqlayaraq öldürüb. Hücumçu daha sonra başqa bir polis zabiti tərəfindən güllələnərək öldürülüb.

Rouli deyir ki, 29 nəfər xəstəxanaya yerləşdirilib, onlardan yeddisinin vəziyyəti ağırdır.

Cümə günü Vestminter Sarayında parlament iclası zamanı hücum nəticəsində ölənlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Daha sonra baş nazir Teresa Mey çıxış edib.

“Dünən terror aktı bizi susdurmağa çalışdı, amma bu gün biz normal işimizə qayıtdıq. Bundan əvvəlki nəsillərimiz də, bizdən sonrakı nəsillər də belə etməyə davam edəcək və sadə bir mesajı çatdıracaq: Biz qorxmuruq və geri çəkilməyəcəyik,” o deyib.

Mey bildirib ki, hücumu həyata keçirən şəxs Britaniyada dünyaya gəlib və daha öncə “zorakı ekstremizmlə bağlı narahatlıqlar” səbəbilə ölkənin MI-5 kəşfiyyat agentliyi tərəfindən təhqiq edilib.

Hüquq-mühafizə orqanları şübhəlinin şəxsiyyətini açıqlamayıb.

Polisin axtarış apardığı evlərdən biri
Polisin axtarış apardığı evlərdən biri

Əgər hücumun terror aktı olduğu təsdiqlənsə, bu, 2013-cü ilin may ayında Britaniya ordusunun əsgəri Li Riqbinin London küçəsində özünü cihadçı adlandıran şəxs tərəfindən öldürülməsindən bəri Britaniyada həyata keçirilən ilk terror hücumu olacaq.

Bu həmçinin 1979-cu ildə İrlandiya Respublika Ordusunun (IRA) İcmalar Palatasını bombalamasından bəri palataya qarşı edilən ən dəhşətli hücumdur. Həmin hücum zamanı Mühafizəkarlar partiyasının siyasətçisi Eyri Niv öldürülmüşdü.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG