Accessibility links

"Londonun işğalı" fəallarının düşərgəsi dağıdılıb


"Londonun işğalı" fəallarının düşərgəsi dağıdılıb

"Londonun işğalı" fəallarının düşərgəsi dağıdılıb

Britaniya hökumətinin bildirdiyinə görə, keçən il oktyabr ayından bəri "Londonun işğalı" hərəkatının onlarla üzvünün Müqəddəs Pol kilsəsinin ətrafında qurduğu düşərgə dağıdılıb.

Bu gün səhərdən başlayaraq şəhər rəsmiləri ilə polis tərəfindən kilsənin ətrafında 50-yə qədər çadırdan ibarət düşərgə dağıdılıb.

Çadırlar dağıdılan zaman polisə qarşı tüstü bombalarından istifadə edən və barrikadalar yaratmağa çalışan etirazçılardan 20 nəfərin həbs edildiyi deyilir.

Lakin ABŞ-da "Uoll Stritin işğalı" etirazçılarının polislə qarşıdurması zamanı baş verən zorakılıqların Londonda təkrar olunmadığı bildirilir.



XS
SM
MD
LG