Accessibility links

ABŞ Baş Prokuroru vətəndaşları nifrət cinayətləri haqda hökumətə məlumat verməyə çağırıb


ABŞ Baş Prokuroru vətəndaşları irqi zəmində cinayətlər və hədə-qorxular barədə hökumət orqanlarına dərhal məlumat verməyə çağırıb.

“Bizə lazımdır ki, siz bu insidentləri hüquq-mühafizə orqanlarına, o cümlədən Ədliyyə Departamentinə xəbər edəsiniz. Bu, bizim peşəkar ittihamçılarımıza hüquqlarınızı müdafiə etməyə imkan verərdi,” deyə Loretta Linç bildirib.

2015 statistikalarından əlavə, mən bilirəm ki, çox sayda amerikalılar nifrət cinayətlərinin və hədə-qorxuların artmasından narahatdır.

Video-müraciətdə Federal Təhqiqat Bürosunun (FBI) 2015-ci ildə açıqladığı cinayət statistikası sərgilənir. Həmin sənəddə ötən il nifrət cinayətlərinin 7 faiz artdığı və müsəlmanlara qarşı baş vermiş insidentlərdə 67 faiz artım qeyd olunur.

Nifrət cinayətlərinin sayı ötən il 5479-dan 5850-yə yüksəlib. Anti-müsəlman nifrət cinayətləri 2001-ci il 11 sentyabr hücumlarından bəri rekord həddə çatıb.

Nifrət qruplarını izləyən Cənub Hüquq Mərkəzi bir çox insidentlərin Donald Tramp və onun kampaniyasına istinad etdiklərini bildirib.

Bəzi məlumatlarınsa saxta olduğu üzə çıxıb.

Nyu York şəhərinin Queens icmasının üzvləri imam Mövlama Akonci və Szara Uddinin yas mərasimində nifrət cinayəltərinə etiraz edirlər. 15 avqust, 2016. Nyu York.

Nyu York şəhərinin Queens icmasının üzvləri imam Mövlama Akonci və Szara Uddinin yas mərasimində nifrət cinayəltərinə etiraz edirlər. 15 avqust, 2016. Nyu York.

“2015 statistikalarından əlavə, mən bilirəm ki, çox sayda amerikalılar nifrət cinayətlərinin və hədə-qorxuların artmasından narahatdır," Linç bildirib. Baş Prokuror həqiqi rəqəmlərin daha yüksək ola biləcəyini qeyd edib. Belə ki, bir çoxları qorxusundan yaxud xəcalət hissindən bu növ cinayətlər barədə polisə məlumat vermir.

Linç hüquq-mühafizə orqnlarını, habelə Ədliyyə Departamentini nifrət cinayətlərinə qarşı sərgilədiyi mübarizəyə görə alqışlayıb, və 7 il öncə qəbul edilmiş anti-nifrət kriminal məcəlləsinin önəmini vurğulayıb.

Show comments

XS
SM
MD
LG