Accessibility links

Los Anceleslilər əmək haqqı artımını qeyd edir [Video]


Minimum əmək haqqı saata 15 dollara yüksələcək

Los Anceles minimum əmək haqqını saata 15 dollara yüksəldəcək ən böyük Amerika şəhəridir. Bu artım önümüzdəki beş il ərzində mərhələ-mərhələ baş tutacaq. Bu rəqəm ABŞ qanunlarına əsasən hazırki federal minimal əmək haqqından ikiqat artıq olacaq. Bəzi biznes qrupları isə bunun nəticəsində iş yerlərinin azalacağını deyirlər.

Rəqəm sadəcə bir təşəbbüs və bir simvoldur. Əsas məqsəd ölkəmizdə çətin əməyi mükafatlandırmaq dəyərini yaratmaqdır

Bir ildən artıqdır ki, bütün ölkə boyu işçilər nümayişlər keçirərək yüksək əmək haqqı tələb edir. Gördüyünüz bu aprel ayında Nyu-York və Feniksdə baş tutmuş etirazlar kimi...

Bələdiyyə şurasının üzvləri əmək haqqının artırılmasını müzakirə etdiyi zaman minimal maaş alan işçilər bələdiyyə binasında toplaşıblar. Qanun layihəsi ilkin təsdiqini alıb. Qanunun qəbul olunması üçün yekun səsvermə isə iyunun 10-a planlaşdırılıb. Nəticədə minimum əmək haqqı gələn ildən başlayaraq mərhələ-mərhələ artacaq və 2020-ci ildə saatına 15 dollar təşkil edəcək.

McDonalds işçisi Edqar Qonzalez bunun böyük dəyişikliklərə səbəb olacağını deyir.

“Bunun təsiri çox böyük olacaq. Kirayə puluna, uşaqlara bez almaq puluna kömək edəcək. Daha yaxşı həyat qurmağıma yardım edəcək.”

Keçmiş Walmart işçisi Evelin Kruz yeni əmək haqqının onu məntiqsiz seçimlər qarşısında buraxmayacağını deyir.

“Mən başımın üstündə dam ilə yemək arasında bir seçim etməyəcəm”.

ABŞ Ticarət Palatası və bəzi digər biznes qrupları bu qanun layihəsinin kiçik sahibkarlara ziyan vuracağını və əmək haqqı artımının işdən çıxarılmalara səbəb olacağını deyirlər.

Amma həmkarlar ittifaqı koalisiyası olan Los Anceles Qraflığının Əmək Federasiyası bu qanunun iqtisadiyyata təkan verəcəyini və işçilərə kömək edəcəyini deyir.

Federasiya rəsmisi Rasti Hiks bildirir ki, əmək haqqının artırılmasını ABŞ şəhər bələdiyyələri edir, çünki federal hökümət bununla bağlı heç bir tədbir görmür.

“Ona görə də, biz LA, San Fransisko, Oakland, Nyu-York və digər şəhərlərin bu məsələni özlərinin həll etdiyinin şahidi oluruq.”

Cənubi Kaliforniya Universitetinin biznes təhlilçisi Şan Hayt isə McDonalds kimi şirkətlərin sərt rəqabət və azalan satışlarla üzləşdiyini və işçilərə daha çox maaş vermək istəmədiklərini deyir. Ona görə də, onlar az işçi işə götürə, avtomatik sistemə keçə bilərlər.

Bunun təsiri çox böyük olacaq. Kirayə puluna, uşaqlara bez almaq puluna kömək edəcək. Daha yaxşı həyat qurmağıma yardım edəcək

“McDonalds və digər fast food restoranlarında bu baş verir. Bu cür restoranlarda insanlar yeməklərini touchscreen avtomatlar vasitəsilə sifariş edirlər. Onlara heç kimlə danışmaq da lazım gəlmir”.

Bu narahatlıqlara baxmayaraq, əmək haqqının artması arzusu artır. Xidmət İşçilərinin Beynəlxalq İttifaqının lideri Lafonza Batler deyir ki, saatına 15 dollar əmək haqqı yerli iqtisadiyyatlara uyğunlaşdırılmalıdır. Bəzi şəhərlərdə bu rəqəm daha yüksək ola bilər, digərlərində isə daha az.

“Rəqəm sadəcə bir təşəbbüs və bir simvoldur. Əsas məqsəd ölkəmizdə çətin əməyi mükafatlandırmaq dəyərini yaratmaqdır.”

Los Ancelesdə işçilər qələbələrini qeyd edirlər və ABŞ-da minimum əmək haqqını artırmaq istəyinin çoxaldığını deyirlər.

XS
SM
MD
LG