Accessibility links

Los Anceles evsizlik böhranına son qoymağı vəd edir [Video]


Böyük şəhərlərin çoxunda evsizlik problemi olsa da, Los Ancelesdə bu problem daha çox nəzərə çarpır.

Los Ancelesdə evsizlərin sayı artır. Şəhərin mərkəzində və ətralarında düşərgələrin salındığı müşahidə edilir. Yerli rəsmilər evsizlik probleminə qarşı mübazizə elan ediblər və bu məqsədlə 100 milyon dollar vəsait ayırıblar.

Eviszlik səviyyəsi 12-15 faiz artıb. Küçədə və ya düşərgələrdə yaşayan evsiz insanların sayı isə 80 faizdən çox artıb

Böyük şəhərlərin çoxunda evsizlik problemi olsa da, Los Ancelesdə bu problem daha çox nəzərə çarpır. Şəhər rəsmiləri problemi aradan qaldıra biləcəklərinə ümid edirlər. Evzislərə yardım göstərən insanlara deyir ki, məsələ artıq böhran səviyəsinə gəlib çatıb.

“Eviszlik səviyyəsi 12-15 faiz artıb. Küçədə və ya düşərgələrdə yaşayan evsiz insanların sayı isə 80 faizdən çox artıb.”

Hava limanına yaxın küçələrdə insanlar düşərgələrdə və əyləncə üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrində yaşayırlar. Yardım işçiləri isə onlara kömək əllərini uzadır. İnsanlar belə pis şəraitdə əllərindən gələn hər şeyi etməyə çalışır.

“Burada suyumuz, sobamız var. Yemək bişirə bilirik, ona görə də şam yeməyini elə burada bişirib yeyirik.”

İqtisadi şərait yüksək təbəqədə olanlar üçün yaxşılaşdığı üçün Los Anceles ərazisində kirayə qiymətləri çox artıb.

Ev tapmaq hətta işi olan insanlar üçün belə asan deyil. Krstian Loflandın işi və evi var, amma o bir zaman küçədə yaşayıb və ev tapmaq üçün bir sıra maneələrlə üzləşib.

“Kredit tarixçən, cinayət tarixçən, cinsi cinayətkar reyestri yoxlanılır. Ağlınıza gələ biləcək hər şey yoxlanılır.”

Yeni maliyyə fondları qış mövsümü fövqəladə hallarda sığınacaqların təşkilinə və digər qısa-müddətli tədbirlər üçün nəzərdə tutulub. Evsizlərlə işləyən insanlar isə deyir ki, buraya iş təlimi, məsləhət verilməsi, alkoqol və narkotik asılılığı kimi küçədə yaşayanların bir çox problemlərinin həllinə yönəlik proqramlar də daxil olmalıdır.

XS
SM
MD
LG