Accessibility links

Los Anjeles hava limanında silahı hücumda şübhəli bilinən şəxsə qarşı ittiham irəli sürülüb



ABŞ-ın federal prokurorları Los Anjeles hava limanında insan ölümülə nəticələnmiş silahı hücumda şübhəli bilinən şəxsə qarşı qətl törətmək ittihamı irəli sürüb.

Pol Siancia federal nəqliyyat təhlükəsizliyi agentliyinin zabitini qətlə yetirməkdə ittiham edilir. Ona qarşı həmçinin beynəlxalq hava limanında zorakılıq aktı törətmək ittihamı da irəli sürülüb. Bu ittihamlar əsasında o, ölüm hökmü ala bilər.

Rəsmilər 26 yaşlı Pol Siansianın çantasında Federal Nəqliyyat Təhlükəsizliyi administrasiyasının işçilərinə qarşı qəzəb ifadə edilən yazının tapıldığını bildirib. Siansia federal agentliyin zabitini yaxın məsafədən güllə ilə vurub. Onun daha iki zabitə və bir mülki şəxsə atəş açandan sonra polislə atışma nəticəsində yaralandığı bildirilir.
XS
SM
MD
LG