Accessibility links

Birləşmiş Ştatlarda bir nəfər az boyu oynanılan lotereyada 425 milyon dollar məbləğində pul udub.

Qalib lotereyanın nömrələri çərşənbə günü elan edilib və Kaliforniya ştatında lotereya agentliyinin rəsmisi uduşlu biletin San Fransisko şəhəri yaxınlığında yerləşən Milpitas şəhərində alındığını deyib.

Bilet satışa çıxarılan 175 milyon biletdən biri idi.

Cekpot ABŞ lotereya tarixində altıncı, Vaşınqton şəhəri ilə Vircin adaları da daxil olmaqla, 43 ştatda fəaliyyət göstərən Powerball lotereya oyununda isə dördüncü ən böyük məbləğli oyun olub.
XS
SM
MD
LG