Accessibility links

Sevgililər Günündə sevgi həyəcanı güclənir


Bu gün Sevgililər Günüdür. Tədqiqatçılar insan beynində sevgi həyəcanı və romantik hisslərlə bağlı mərkəzlərin fəaliyyətini gücləndirən hormon aşkar ediblər.

Valentin Günü sevgi sanki havadan belə duyulur, amma bu hiss həm də beyinlərdədir. Londonun İmperial kolleginin alimləri təbii hormon olan Kisspeptin hormonlarının beyində seks və sevgi bölmələrinin fəaliyyətini gücləndirdiyini deyirlər.

Plasebo tədqiqatları azmanı 29 nəfər gənc və sağlam kişiyə Kisspeptin preparatı vurulub və onların beyinləri MRİ-la yoxlanılıb. İmperial kollecindən doktor Aleksandr Komninos: “MRI zamanı onların beyninin müəyyən nahiyələri aktivləşdirildi. Yəni biz beyinin seksual fəaliyyətə nəzarət edən mərkəzlərini aktivləşdirdik və təsvirlədən istifadə edərək romantik sensorları aktivləşdirdik. Və biz gördük ki, Kisspeptin beynin seksual və romantik mərkəzlərinin fəaliyyətini artırır.”

Kisspeptin həm qadınlar, həm də kişilərdə aşkar edilib və bu, seksual yetkinliyin stimullaşdırılmasında olduqca vacib hormondur. “Beləliklə, təkcə hormonlar və reproduktiv hormonların stimullaşması arasında əlaqə deyil, həm də bizim beynimizdə yaratdığımız seksual təsəvvürlərin stimullaşdırılması arasında əlaqə var. Bu, da araşdırmalarımızın ən maraqlı hissəsidir. İlk dəfədir ki, biz hirmonlar və stimulladırıcı reproduktiv hormonlar arasındakı əlaqəni və beyində yaranan seksual təsəvvürlər haqda bilgi əldə etmiş olduq” deyə, professor Valjit Dillo bildirir.

Testlər zamanı xoşagəlməz təsəvvürlər göstərildikdə Kisspeptin beyinin neqativ düşüncələrlə əlaqədar hissələrində fəaliyyəti gücləndiririb. Bu da depressiyadan müalicəyə yardım edə bilər. Eyni zamanda, psixoloji mahiyyət daşıyan seksual problemlərin müalicəsində inyeksiya mümkün terapiya növlərindən biri ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG