Accessibility links

Liviyada üsyançılar Qəzzafi loyalistlərinin hücumunu dəf ediblər


Liviyada üsyançılar Qəzzafi loyalistlərinin hücumunu dəf ediblər
Liviyada üsyançılar Qəzzafi loyalistlərinin hücumunu dəf ediblər

Liviya lideri Müəmmər Qəzzafiyə sadiq qüvvələr qərbi Misrata şəhrində üsyançılara hücum edərək azı dörd nəfəri qətlə yetiriblər. Şahidlər şəhərin iki istiqamətdən – şərq və cənubdan hücuma məruz qaldığını deyirlər.

Hökumət qüvvələri həmçinin şərqi Əcdəbiyə şəhərini artilleriya atəşinə tutublar, lakin üsyançılar Qəzzafi tərəfdarlarının hücumunu dəf etdiklərini və şəhərə tam nəzarət etdiklərini xəbər verirlər. Üsyançılar Qəzzafi loyalistlərinin Əcdəbiyə şəhərini tutduqları haqda xəbəri təkzib ediblər.

Bu şəhər üsyançıların başlıca istehkamı olan Benqazi şəhərinə yaxındır. Əcədbiyənin tutulması Qəzzafi tərəfdarlarına Benqaziyə gedən yollara nəzarət etmək imkanı verə bilər. Yüngül silahlanmış dağınıq müxalifət qüvvələri son günlərdə Qəzzafi loyalistləri tərəfindən şiddətli artilleriya və hava zərbələrinə məruz qalıblar. Üsyançıların qərbə doğru irəliləyişini dayandıran Qəzzafi tərəfdarları onları son həftə ərzində 200 kilometr geri çəkilməyə məcbur ediblər.

XS
SM
MD
LG