Accessibility links

Merser şirkətinin araşdırmaları dünyada ekspatriantlar üçün ən bahalı şəhərin Anqolanın paytaxtı Luanda olduğunu üzə çıxarıb.

200 şəhərdə keçirilən sorğular ev, nəqliyyat və ərzaq qiymətlərini əsas götürüb. Luandada 3 otaqlı mənzilin dəyəri 6500 dollardır.

İkinci ən bahalı şəhər statusunu Moskva, onun ardınca isə Tokio qazanıb.

Şirkət şəhərlərdə həyatın bahalı olmasını xidmətlərin dəyəri və malların xarici ölkələrdən ixrac edilməsi ilə izah edir.

Bahalı şəhərlər siyahısına Sinqapur, Honq Konq, Cenevrə, Zürix, Bern və Sidney də daxildir.

Bahalı şəhərlərlə bağlı mübahisələr mövcuddur. “The Economist” qəzeti fevral ayında Tokionu, 2012-ci ildə UBS investisiya şirkəti Oslonu ən bahalı şəhər elan etmişdi.
XS
SM
MD
LG