Accessibility links

Luizianada təbii fəlakətdən sonra bərpa işləri davam etdirilir


Louisiana flood
Louisiana flood

ABŞ-ın cənubunda Luiziana ştatında güclü sellərdən sonra bərpa səyləri davam etdirilir. Təbii fəlakətin təsirinə məruz qalan sakinlər evlərini təmizləyib bərpa etməyə çalışır, xilasetmə işçiləri isə daşqın nəticəsində evlərində ilişib qalmış insanların axtarışını davam etdirir.

Amerikanın Qırmızı Xaç təşkilatının “Sandi super fırtınasından sonra Birləşmiş Ştatlalarda baş verən ən böyük təbii fəlakət” kimi qiymətləndirdiyi bu daşqın nəticəsində azı 13 nəfər ölüb, 60 minə yaxın ev dağılıb. 100 mindən çox insan isə federal yardım üçün müraciət edib.

Fəlakətin nəticələrinin aradan qaldırılması ilə yanaşı dəymiş zərərin müəyyən edilməsi səyləri də davam edir. Fövqəladə Hallar üzrə Federal Agentlik Agentliyi artıq 34 milyon dollar maliyyə vəsaiti ayırdığını bildirib.

Prezident Barak Obama çərşənbə axşamı Luizina ştatının paytaxtı Baton Ruj şəhərini ziyarət edəcək. Ağ Ev bildirir ki, Obama təbii fəlakətdən sonra vəziyyətlə tanış olmaq istəyinə baxmayaraq, onun səfərinin“orada davam edən bərpa səylərinə mane törətmədiyinə əmin olmaq istəyir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG