Accessibility links

Luiziana ştatında polis zabitlərinə hücum edilib [Fotolar]


Luizina ştatının Baton Ruj şəhərində polislərin hücuma məruz qalması nəticəsində azı 3 polis həlak olub, 3-ü isə yaralanıb.

Cinayəti qara geymiş maskalı şəxs avtomat silahla törədib.

İnsident araşdırılmaqdadır.

Polis idarəsinin sözçüsü bildirib ki, şübhəli şəxs öldürülüb.

Luiziana qubernatoru Con Bel Eduards hadisəni "bəraəti olmayan bir hücum" kimi dəyərləndirib.

Baton Ruj bu ayın əvvəlində polis zabitləri tərəfindən qaradərili kişinin öldürülməsinə səhnə olmuşdu.

Bizə vəhdət və məlhəm lazım olduğu halda, bu, dözülməz və heç cür haqq qazandırılmayası bir hücumdur.
Con Bel Eduards, Luiziana qubernatoru

Televiziya ilə xalqa müraciətində Prezident Barak Obama qətlləri pisləyərək bunların “həddən ziyadə tez-tez” baş verdiyini bəyan edib. O, bütün amerikalıları bölücü ritorikadan uzaq durmağa çağırıb. Polislərə hücumları ABŞ prezidenti “qanun aliliynə, sivil cəmiyyətə, ictimai qulluqçulara” hücum adlandırıb.

Obama qeyd edib ki, bazar gününün qətlləri, eləcə də Dallas və Minnesotada baş verən olaylar Respublikaçı və Demokrat partiyalarının qurultaylarıı ərəfəsinə təsadüf edir. “Qurultay ritorikası adətən qızmar olur,” deyən ABŞ lideri namizədləri və onların tərəfdarlarını gərginlikləri bir qədər də artıracaq “ehtiyatsız ittihamlardan” çəkinməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG