Accessibility links

Amerikanın daxili təhlükəslik naziri Ce Conson Luiziana ştatında 13 nəfərin ölümünə səbəb olan daşqınlardan sonra xilasetmə əməliyyatlarını nəzərdən keçirməlidir.

Baton Ruj daşqınları rekord səviyyədə yağan yağışların nəticəsidir.

Ötən həftədən bəri bu şəhərə 75 sentimetr yağış yağıb. İlkin hesablamalara görə, 40 mindən artıq evə ziyan dəyib.

Federal Fövqəladə Hallar Agentliyinin işçiləri və könüllülər yardım əməliyyatlarına cəlb edilib.

Ötən cümə günündən bəri 30 min adam xilas edilib. Şəhər sakinləri qayıqlar, yük maşınları ilə insanlara yardım edir.

Fiziki və emosional ziyanla yanaşı şəhərdə talançılıq və fırıldaqçılıq hökm sürür.

Ştat qubernatoru Federal Fövqəladə Hallar Agentliyinin işçilərinə insanlardan xidmət üçün pul istənilməməsini tapşırıb.

Prezident Obama bazar hgünü bölgəyə əlavə vəsait ayrılmasına göstəriş verib. Ağ Evin bildirdiyinə görə, 70 mindən artıq adam federal fəlakətlər bəyannaməsi üzrə yardım siyahısına salınıb.

XS
SM
MD
LG