Accessibility links

Lukas Papademos: "172 milyard dollarlıq maliyyə vəsaitini almaq üçün çox iş görməliyik"


Lukas Papademos: "172 milyard dollarlıq maliyyə vəsaitini almaq üçün çox iş görməliyik"
Lukas Papademos: "172 milyard dollarlıq maliyyə vəsaitini almaq üçün çox iş görməliyik"

Yunanıstanın baş naziri Lukas Papademos bildirib ki, ölkə Avropa Birliyindən və Beynəlxalq Valyuta Fondundan 172 milyard dollarlıq maliyyə vəsaitini əldə etmək üçün çox iş görməlidir.

Yunanıstan parlamenti prinsipcə Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun tələblərinə uyğun olaraq xərclər və iş ixtisarları barədə razılığa gəlib. Qanunvericilər maliyyə yardımını əldə etmək üçün lazım olan 79 spesifik dəyişikliyin hamısını qəbul etməlidir.

Ehtimal olunur ki, bu xilas paketi Yunanıstanı müflisləşmədən xilas edəcək.

Paket Yunanıstandan böyük və xalq tərəfindən istənilməyən kəsrlər həyata keçirməyi tələb edir. Bu kəsrlərə ölkədə minimum əmək haqqının 22 faiz azaldılması, 15000 dövlət məmurunun işdən çıxarılmasını da daxildir.

Minlərlə yunan ölkənin onsuz da böyük çətinliklərdən keçdiyini dilə gətirərək kəsrlərə sərt etirazlarını bildirib. Küçə etirazları bəzən zorakı hal alıb.

Ancaq Avropa Birliyinin rəhbəri Jan Klod Canker deyib ki, xilas paketi həm Yunanıstan, həm də bütün Avropada maliyyə sabitliyini təminat altına alacaq.

XS
SM
MD
LG