Accessibility links

Seçki komissiyası prezidentin səslərin 83.5 faizini aldığını bildirib

Belarus prezidenti Aleksandr Lukaşenko bazar günü keçirilən seçkilərdə qalib qalərək, beşinci dəfə prezident seçilib. Seçkilər müxalifət tərəfindən boykot edilib.

Seçki komissiyası prezidentin səslərin 83.5 faizini aldığını bildirib. Səsverməyə ATƏT-in müşahidəçiləri nəzarət edib. ATƏT bazar ertəsi Avropa Birliyinə hesabat təqdim edəndən sonra, AB rəsmi bəyanatla çıxış edəcək.

Bazar günü keçirilən seçkilərdə Lukaşenkonun rəqibləri iki hökümətyönlü partiya və çox az tanınan müxalifət fəalı olub.

2010-cu ildə səsvermə bitəndən az sonra azı bir müxalifətçi namizəd daxil olmaqla prezidentin rəqiblərinin çoxu həbs olunub, yüzlərlə müxalifət tərəfdarı polis tərəfndən saxlanılıb. Minsk küçələrində etiraz aksiyaları keçirənlərə qarşı isə güc tətbiq edilib.

Prezidentliyə sabiq namizəd Nikolay Statkeviç prezident Lukaşenkonun avqust ayında gözlənilmədən onu və daha beş siyasi məhbusu əfv etdikdən sonra azadlığa buraxılana qədər beş il həbsdə olub.

Onların azad edilməsi son illər müxalifət fəallarına qarşı sərt rəftarına görə Lukaşenko hökümətinə sanksiyalar tətbiq edən Qərb dövlətlərinə doğru addım kimi qiymətləndirilib.

Reuters diplomatik mənbələrə istinadən bildirib ki, Avropa Birliynin hesabatında uyğun bilinsə, qurum maliyyə çətinliklikləri ilə qarşılaşan Lukaşenko hökümətinə qarşı tətbiq edilən sanksiyaları qısa müddətə aradan qaldırmağa hazırdır.

XS
SM
MD
LG