Accessibility links

Braziliyanın sabiq prezidenti korrupsiya ittihamları ilə üzləşib


Braziliyanın sabiq prezidenti Luiz İnasio Lula de Silvaya qarşı çirkli pulların yuyulması və korrupsiya ittihamları irəli sürülüb.

Federal müstəntiqlər çərşənbə günü bildiriblər ki, korrupsiya ilə bağlı ittihamlarda dövlətə məxsus Petrobras şirkərinın də adı var.

Sabiq prezident, onun həyat yoldaşı və bir neçə digər şəxsin Petrobras şirkərinın inşa etdiyi sahil villalarından mənfəət əldə etdiyi bildirilib.

Sabiq prezident və həyat yoldaşının vəkili jurnalistlərlə görüşü zamanı irəli sürülən bütün ittihamları rədd edib.

Korrupsiya ilə bağlı skandal keçən ay Lulanın varisi Dilma Russefin devrilməsinə səbəb oldu. Braziliya Konqresi federal büdcə qanunlarını pozma ittihamı ilə ölkənin ilk qadın prezidenti Russeffin vəzifədən uzaqlaşdırılmasına səs verdi.

XS
SM
MD
LG