Accessibility links

"People" jurnalı aktrisa Lupita Nyonqonu dünyanın ən gözəl qadını seçib


Lupita Nyong'o

Lupita Nyong'o

“12 il kökəlikdə” filmində roluna görə Oskar mükafatı almış aktrisa Lupita Nyonqo “People” jurnalı tərəfindən 2014-cü ildə dünyanın ən gözəl qadını adlandırılıb.

Amerikada nəşr edilən jurnal Lupita Nyonqonun foto-şəklini üz qabığına çıxarıb.

31 yaşlı Nyonqo Meksikada anadan olub, lakin Keniyada boya-bşa çatıb.

“People” jurnalının bildirdiyinə görə, Lupita Nyonqo dünyanın ən gözəl qadını adlandırılmasına görə qürur hissi duyduğunu deyib. Aktrisanın bildirdiyinə görə, bir zamanlar o, açıq dərili və uzun hamar saçları olanları gözəl hesab edib, lakin sonradan özünün də gözəl olduğuna inanmağa başlayıb.

Nyonqo əlavə edib ki, jurnalın üz qabığına baxıb özlərini ona bənzədən qızlara görə sevinc hissi keçirir.

“People” jurnalı ABŞ-da ən çox oxunan jurnallardan biridir.
Lupita Nyonqo Oskra mükafatı ilə yanaşı, bu yaxınlarda Parisdə Fransanın məşhur Lancome kosmetika şirkəti müqavilə bağlayıb.
XS
SM
MD
LG