Accessibility links

Ukraynada separatçılara qarşı döyüşlərdə bir azərbaycanlı həlak olub


Ukraynada separatçılara qarşı döyüş
Ukraynada separatçılara qarşı döyüş

Yolçu Əliyev Kiyevdə dəfn olunub

Ukraynada Luqansk uğrunda separatçılarla döyüşdə Azərbaycanın Beyləqan rayonun Daşburun qəsəbəsindən olan Yolçu Əliyev həlak olub.

Turan agentliyinin məlumatına görə, Yolçu Əliyev Luqansk uğrunda döyüşlərdə könüllü yazıldığı "Aydar" Ukrayna hərbi birləşməsinin tərkibində döyüşərkən iyulun 27-də həlak olub.

Hadisə Ukrayna ordusunun ağır texnikasını ön cəbhəyə keçməsinə şərait yaratmaq və blokpostu tutmaq cəhdi zamanı baş verib. O, vətəndaşı olduğu Ukrayna dövlətinin ərazi bütövlüyü və müstəqilliyinin qorunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.

Yolçu Əliyev iyulun 31-də Kiyev şəhərində dəfn olunub. Dəfn mərasimində Ukraynanın rəsmi nümayəndələri ilə yanaşı, bu ölkədə yaşayan ictimai fəal azərbaycanlılar iştirak edib.

XS
SM
MD
LG