Accessibility links

Luvr muzeyinin direktoru Azərbaycana gəlir


Luvr muzeyinin direktoru Azərbaycana gəlir
Luvr muzeyinin direktoru Azərbaycana gəlir

Səfər çərçivəsində Anri Luaretin mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşəcək, Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasına baxış keçirəzəck, “İncəsənət xəzinəsi” sərgisinin açılış mərasimində iştirak edəcək, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu, “Qala Arxeoloji Etnoqrafiq Muzey Kompleksi”ni və Mərdəkan qalalarını ziyarət edəcək.

Fransanın məşhur Luvr Muzeyinin direktoru Anri Luaret mayın 3-dən 5-dək Azərbaycanda səfərdə olacaq. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin məlumatına görə, səfər zamanı muzey sərvətlərinin saxlanılması, onların qorunması sahəsində, eləcə də materialların toplanmasında təcrübə mübadiləsi, Azərbaycan Dövlət İncəsənət Muzeyində Luvr Muzeyinin kolleksiyasından iki mövzuda sərgilərin təşkili və Bakıda yeni xalça muzeyinin açılış mərasimi zamanı Luvr Muzeyinin xalça kolleksiyasından bir neçə eksponatın müvəqqəti təqdim edilməsinin mümkünlüyü məsələlərin müzakirə ediləcək.
Səfər çərçivəsində Anri Luaretin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşü, Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasına baxış keçirməsi, mayın 5-dən 15-dək Müasir İncəsənət Muzeyində keçiriləcək “İncəsənət xəzinəsi” sərgisinin açılış mərasimində iştirakı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu, buradakı “Qala Arxeoloji Etnoqrafiq Muzey Kompleksi”ni və Mərdəkan qalalarını ziyarət etməsi planlaşdırılır.

XS
SM
MD
LG