Accessibility links

Ramin Cabbarlı: Güneylilər Türkiyədə fəaldırlar [Audio]


Ramin Cabbarlı
Ramin Cabbarlı
Türkiyədə mühacirət həyatı yaşayan güneyli fəal Ramin Cabbarlı Amerikanın Səsinə müsahibədə Türkiyədə yaşayan güneyli fəalların gördükləri işlər, o cümlədən keçirilməsində əsas rol oynadığı başqa mədəni və insan haqları tədbirləri haqda danışıb. Cənab Cabbarlı habelə Türkiyədə yaşayan güneyli icmanın xüsusiyyətlərini təhlil edib.

Ramin Cabbarlı Türkiyədə güney icması barədə danışır
please wait

No media source currently available

0:00 0:16:26 0:00

Ədəbiyyatşünas və mədəni fəal Ramin Cabbarlının sözlərinə görə, bu yaxınlarda güneyli tarixçi, dilçi, pedaqoq və məşhur İran Türklərinin Əski Tarixi əsərinin müəllifi Professor Məhəmməd Tağı Zehtabi ilə bağlı Türkiyənin Ankara və İzmir şəhərlərində konfranslar keçirilib. Bu konfranslarda Güney Azərbaycan Milli Hərəkatının təməlini qoyan əsas fiqurlardan biri kimi tanın mərhum Zehtabinin həyatı və yaradıcılığı ilə bağlı məqalələr oxunub.

Professor Tağı Zehtabiyə həsr olunmuş seminar. İzmir, Türkiyə.
Professor Tağı Zehtabiyə həsr olunmuş seminar. İzmir, Türkiyə.
Bir çox güneyli qrup, eləcə də bəzi iranlı jurnalistlər 1998-ci ilin dekabrında Təbrizin yaxınlığında Şəbistər şəhərindəki evində ölmüş halda tapılan Prof. Məhəmməd Tağı Zehtabinin İran təhlükəsizlik orqanları tərəfindən qətl eildiyini irəli sürürlər.

Cənab Cabbarlı həmçinin təqribən 5 ildir Tehranın Evin zindanında həbs müddətini keçirən tanınmış jurnalist Səid Mətinpurun doğum günü münasibəti ilə təşkil edilən Güney Azərbaycan Siyasi Dustaqlar Günü Paneli barədə məlumat verib. Ankara şəhərində keçirilən bu tədbirdə güney azərbaycanlı və türkiyəli iştirakçılar İran və İran Azərbaycanında insan haqlarının pozulmasını müzakirə ediblər.

Mədəni fəal Türkiyədə güneylə bağlı fəaliyyət göstərən fəalları iki qrupa ayırır: Birinci qrup siyasi mühacir olaraq müvəqqəti şəkildə Türkiyədə yaşayıb, Avropa ya Amerika ölkələrinə köçməyi gözləyənlər, ikincisi isə Türkiyə universitetlərində təhsil alan və adətən təhsil müddəti bitdikdən sonra Güney Azərbaycana geri dönməyi planlaşdıran fəallardır. Ramib Cabbarlının sözlərinə görə, bu iki qrup fərqli status və şərtlərdə yaşadıqları üçün umumiyyətlə dəyişik sahələrdə və fərqli formada fəaliyyət aparırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG