Accessibility links

Ukrayna müxalifəti deyir ki, istefası tələb olunan prezident Viktor Yanukoviç paytaxtı tərk edib və erkən seçkilərin keçirilməsinə çağırıb.

Müxalifət lideri Vitali Kliçko yeni seçkilərin may ayından gec keçirilməməsi üçün bü gün prezident Yanukoviçi dərhal istefaya çağırıb.

Bu gün Ukraynada habelə parlament həbsdə olan müxalifət lideri Yuliya Timoşenkonun uzunmüddətli müttəfiqini yeni spiker seçib.

Oleksandr Turçinovun spiker seçilməsi qanunvericilərin Timoşenkonun həbsdən azad edilməsi ilə nəticələnə biləcək qanun dəyişikliyini qəbul etməsindən bir gün sonraya təsadüf edir.

Dünən hökumətin dəstəkçisi olan keçmiş spiker Volodimir Rıbak səhhətindəki problemləri səbəb göstərərək istefa vermişdi.

Paytaxt Kiyevdə isə etirazlar davam edir. Minlərlə nümayişçi Viktor Yanukoviçin dərhal istefasını tələb edir.
XS
SM
MD
LG