Accessibility links

Türkiyə polisi Türkiyənin qərb bölgəsindəki kömür mədənində baş vermiş faciə ilə bağlı başlanmış istintaqın bir hissəsi olaraq 24 nəfəri saxlayıb. Saxlananlar arasında mədən şirkətinin rəhbər şəxsləri də var.

Dünən içəridə qalan son iki nəfərin də cəsədi çıxarılandan sonra xilasetmə əməliyyatları dayandırılıb və beləliklə ölənlərin sayı 301-ə çatıb.

Ötən çərşənbə axşamı günü Soma şəhərindəki kömür mədənində baş vermiş kiçik partlayış böyük faciəyə səbəb olub. Partlayış zamanı şaxtada 800-dən çox insan olub. Ölənlərin çoxunun karbon qazının təsirindən dünyasını dəyişdiyi ehtimal olunur.

Qəza Türkiyə boyu kütləvi etirazlara səbəb olub. Nümayişçilər mədəndə təhlükəsizliyin təmin edilməməsinin səbəb gətirərək hökumətə və mədən sahiblərinə etiraz edib.

Mədəni idarə edən Soma Kömür şirkəti bu iddiaları rədd edib.
XS
SM
MD
LG