Accessibility links

Dünyanın ən məşhur kəşfiyyat idarəsinin Tvitter şəbəkəsinə qoşulması sosial mediada qarışıq hisslərlə qarşılansa da böyük maraq doğurub.

Yüksək səviyyədə məxfilik prinsipi ilə işləyən Mərkəzi Kəşfiyyat agentliyi iyunun 6-da sosial mediaya Tvitter mesajı ilə daxil olub:”Bunun bizim ilk tvitter mesajımız olduğunu nə təsdiq, nə də inkar edə bilərik.”

Mesajın göndərilməsindən bir saat sonra o, 70 min dəfədən çox yenidən “tvitlənib”. Mərkəzi Kəşfiyyat agentliyinin Tvitterdə 430 min davamçısı var.

@CIA ilk mesajını göndərdikdən sonra Tvitter-də zarafatlar başlyıb.

Pakistanın keçmiş səfiri Hüseyn Haqqani (@husainhaqqani) belə bir mesaj göndərib:”CIA illərdir adamları izləyib. İndi Tvitter əhlinin (tweeple) @CIA izləmək imkanı var.”

Amnesty International təşkilatının ABŞ-ın təhülkəsiliyi və insan hüquqları kampaniyasının direktoru Zeke Conson Amerikanın səsinə müsahibədə deyib ki, Mərkəzi Kəşfiyyat agentliyinin sosial medaida olması müsbət haldır, lakin agentlik işgəncə və pilotsuz idarə edilən təyyarə hücumları ilə bağlı açıqlamalar verməlidir.
“Bütün ili əslində məxfilik üzərində qurulmuş bir idarə indi sosial mediadadır və özünün ictimaiyyətlə əlaqə qurduğunu göstərməyə çalışır. Mən Tvitter-də olmaq tərədarıyam, amma onlar Mərkəzi Kəşfiyyat agentliyinin işgəncə proqramları və pilotsuz idarə edilən təyyarə hücumları barədə açıqlamalar verərək, insan hüquqlarına dair öhdəliklərinə əməl etməlidir”-deyə o bildirib.

Mərkəzi Kəşfiyyat agentliyinin direktoru Con Brennan açıqladığı bəyanatda agentliyin sosial media vasitəsilə ictimaiyyətlə birbaşa əlaqə quraraq, öz missiyası, tarixi və başqa inkişaflar haqda məlumat verə biləcəyini ümid etdiyini bildirib.

Mərkəzi Kəşfiyyat agentliyi Amerikanın Səsinə müsahibə verməkdən imtina etsə də, agentiyin sözçüsü Cordan Kaldvel bildirib ki, Tvitter sosial media şəbəkəsindən istifadə məsələsi artıq uzun müddətdir planlaşdırılırdı.

Bu ilin əvvəl agentlik Tvitter şirkətinə saxta @CIA hesabının açılması ilə bağlı şikayət ünvanlamışdı.
XS
SM
MD
LG