Accessibility links

Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları ölümlə hədələnir


ASALa-nın məktubu
ASALa-nın məktubu

Səfirliyə terrorla qətlə yetiriləcək diplomatların siyahısı əks olunmuş hədə məktubu daxil olub. Səfirlik binası və diplomatlar mühafizə olunur

Macar hökuməti 2004-cü ildə erməni zabitini qətlə yetirən Azərbaycan ordusunun zabiti Ramil Səfərovu Azərbaycana ekstradisiya etdikdən sonra bu ölkənin Budapeştdəki səfirliyinin əməkdaşları terrorla hədələnir.

Azərbaycanın Macarıstandakı səfirliyindən Amerikanın Səsi radiosuna bildiriblər ki, Macar hökuməti Azərbaycan səfirliyinin binasının, səfirin rezidensiyasının, əməkdaşların yaşadığı evlərin qarşısında mühafizə qüvvələri yerləşdirib. Macar hüquq-mühafizə orqanları tez-tez diplomatlarla əlaqə saxlayır, təhlükə ehtimalları barədə fikir mübadiləsi aparır.
Səfirliyin məlumatına görə, sentyabrın 3-də Azərbaycanın Macarıstandakı səfirliyinə ermənilərin “ASALA” terror təşkilatı tərəfindən ölümlə hədələyici məktub daxil olub. Terror təşkilatı səfir Vilayət Quliyevi, səfirliyin digər bütün əməkdaşlarını, hətta sürücüləri də öldürəcəkləri ilə hədələyib.

Elektron poçt vasitəsilə daxil olan məktub ASALA erməni terrorçu təşkilatının (Armenian secret army of liberation of Armenia) adından göndərilib və türk dilində yazılıb.
Məktubda deyilir ki, azərbaycanlılar və türklər ermənilərin axıdılan qanının əvəzini ağır ödəyəcəklər və onları tezliklə qisas gözləyir. "Cinayətkar Ramil Səfərovu azad etməklə qələbə qazandığınızı düşünürsünüzsə, böyük səhvə yol verirsiniz", - deyə müraciətdə bildirilir.

Azərbaycanlıları və türkləri Xocalıda başlarına gələnlər kimi cəza gözləyir. Hər şeydən əvvəl diplomatik işçilər cəza çəkəcək” deyə məktubda yazılır.
Məktub Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və səfirliyin daha 7 nəfər əməkdaşının adından ibarət siyahı ilə başa çatır.
XS
SM
MD
LG