Accessibility links

Macarıstanın baş naziri Viktor Orban bazar günü keçirilən parlament seçkilərində qələbəsini elan edib.

Cənab Orban seçki məntəqələri bağlandıqdan və səslərin 80 faizi hesablandıqdan sonra xalqa səslənib. Seçki rəsmiləri bildirib ki, onun Fidesz partiyası və müttəfiqi Xristian Demokratik Xalq Partiyası parlamentdə yerlərin 60 faizdən çoxunu qazanıb.

Konstitusiyada dəyişiklik etmək üçün parlamentdə 60 faizdən çox səsə ehtiyac var.

Səslərin 20 faizini İsrail əleydarı sağçı müxalifət partiyası qazanıb.

Seçicilərin çoxu cənab Orbanın səkkiz il sosialist yönümlü idarəçiliyindən sonra iqtisadiyyatda inkişafa nail olduğu üçün ona səs verib.

Tənqidçilərin çoxu onu xarici investisiyanı ölkəyə cəlb etmədiyi üçün ittiham edir.
XS
SM
MD
LG