Accessibility links

Macarıstan miqrantların hüquqlarını pozmaqda günahlandırılır [Video]


Macarıstan miqrantların hüquqlarını pozmaqda günahlandırılır
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Macarıstan miqrantların hüquqlarını pozmaqda günahlandırılır

Hər gün minlərlə miqrant və qaçqın Balkan yarımadasından Mararıstana keçməyə davam edir.

Amnesty International Macarıstanı qaçqın böhranının həllində bir sıra beynəlxalq və Avropa insan haqları pozuntularına yol verməkdə ittiham edib. Hər gün minlərlə miqrant və qaçqın Balkan yarımadasından Mararıstana keçməyə davam edir.

Biz bu məsələləri həll etmək istəyiriksə, Avropa İttifaqı bunu birlikdə etməlidir, çünki biz belə zamanlarda millətçi hisslərimizlə hərəkət etməməliyik
Angela Merkel

Ötən ay ərzində içərisi 1000-dən çox miqrantla dolu 50-dən çox qatar Xorvatiyanın Macarıstanla sərhədinə gəlib. Sərhədin Macarıstan tərəfində yeni hasar tikilir. Hasarın tikintisi bitənə kimi bu miqrantların Macarıstandan keçib Avstriyaya getmələrinə icazə verilir.

“Biz razılaşmışıq ki, bu miqrant böhranı humanitar, cinayət və milli təhlükəsizlik məsələsidir”.

Xorvatiyanın prezidenti Macarıstanın Avropa boyu daha güclü sərhəd nəzarətlərinin tətbiq olunması çağırışını dəstəkləyib.

“Biz kimin hansı səbəblə ölkə sərhədini keçdiyini bilməliyik. Sərhədlər davamlı olaraq nəzarətdə olmalıdır ki, qanunsuz mühacirlər asayişi pozmasın.”

İnsan haqları qrupu Amnesty İnternational isə deyir ki, Budapeşt həm beynəlxalq insan haqları qanunlarını, həm də Avropa İttifaqı qanunvericiliyini pozub.

“Serbiya sərhədlərini bağlayır və sərhədlərində sürətləndirlimiş sığınacaq prosedurları tətbiq edir ki, bu prosedurlar bir çox miqrantın sığınacaq ərizələrinin rədd edilməsi və onların Serbiyaya geri göndərilməsi ilə nəticələnir. Serbiyada isə kifayət qədər miqrantları qəbul vasitələri mövcud deyil. Bundan əlavə biz Macarıstanının sərhəd hasarından keçənləri cinayət məsuliyyətinə cəlb etməyindən narahatıq.”

Amnesty bildirir ki, ötən ay Macarıstan Serbiya ilə sərhədini bağlayandan sonra Macarıstan polisi miqrantlara qarşı güc tətbiq edib.

Biz kimin hansı səbəblə ölkə sərhədini keçdiyini bilməliyik. Sərhədlər davamlı olaraq nəzarətdə olmalıdır ki, qanunsuz mühacirlər asayişi pozmasın
Kolinda Qrabar-Kitaroviç

İnsan haqları qrupları miqrant böhranının Avropanın immiqrasiya ilə bağlı fikir ayrılıqlarını ifşa etdiyini deyir.

“Biz bu məsələləri həll etmək istəyiriksə, Avropa İttifaqı bunu birlikdə etməlidir, çünki biz belə zamanlarda millətçi hisslərimizlə hərəkət etməməliyik.”

Cümə axşamı Avropa Birliyi nazirləri sığınacaq ala bilməyən qaçqınların deportasiyasını sürətləndirməyə dair razılıq əldə ediblər.

Onlar bunun müharibə və təqiblərdən qaçan miqrantlarla yanaşı gələn minlərlə iqtisadi miqrantın axınının qarşısını alacağına ümid edir.

XS
SM
MD
LG