Accessibility links

Makedoniyada narahatlıqlar davam edir


Makedoniya prezidenti Georgi İvanov şənbə günü şimal bölgəsində polislə silahlı şəxslər arasında baş verən qarşıdurmanı koordinasiya edilmiş terror aktı adlandırıb.

Kumanovo şəhərində yaraqlılarla polis arasında qarşıdurma zamanı 8-i polis işçisi və 14-ü yaraqlı olmaqla, 22 nəfər ölüb. Hadisə zamanı 37 polis işçisinin yaralandığı deyilir.

Paytaxt Skopyedən şimalda, Kosovo və Serbiya sərhədləri yaxınlığında yerləşən Kumanovoda albanlar çoxluq təşkil edir.

Cənab İvanov yaraqlıların şəxsiyyətlərinin məlum olmadığını, lakin onların hərbi təlim keçmiş cinayətkarlar olduğunu deyib.

Fransa Xəbər Agentliyi ilə danışan polis sözçüsü beşinin etnik albanların yaşadığı Kosovodan olmaqla, hücumçüların əsasən Makedoniya vətəndaşları olduğunu deyib.

XS
SM
MD
LG