Accessibility links

Makedoniyada parlament seçkiləri keçirilir

  • Amerikanın səsi

Makedoniyada parlament seçkiləri keçirilir

Makedoniyada parlament seçkiləri keçirilir

Makedoniyada bu gün parlament seçkiləri keçirilir. Müşahidəçilər seçkilərin ölkənin Avropa İttifaqına üzv olması üçün lazım olan islahatları sürətləndirə biləcəyinə ümid bəsləyir. Mərkəzi Seçki Komissiyasının sədri Boris Kondarko günortaya qədər seçicilərin 54 faizinin səs verdiyini deyib. Bu, əvvəlki seçkilərlə müqayisədə daha yüksək rəqəmdir. Onun sözlərinə görə, yalnız kiçik pozuntuların olduğu haqda məlumat verilib. Makedoniyanın səs vermək hüququ olan 1,8 milyon sakini 123 yerlik parlamentə dörd il müddətinə namizədlərə səs verir. İlkin nəticələr bazaar ertəsi günü açıqlanacaq. Əsas rəqiblər 24 partiyadan ibarət koalisiyaya başçılıq edən mühafizəkar baş nazir Nikol Qruyevski və solçu SDSM partiyasından Branko Çernovskidir.

XS
SM
MD
LG