Accessibility links

Makedoniyada hakim partiya seçkilərdə qələbə çalıb

  • Amerikanın səsi

Makedoniyada hakim partiya seçkilərdə qələbə çalıb

Makedoniyada hakim partiya seçkilərdə qələbə çalıb

Makedoniyanın Baş naziri Mikola Qruyevski ümumi seçkilərdə qələbə çalsa da, ölkəni idarə etmək üçün koalisiya təşkil etməlidir. Bu gün açıqlanan nəticələr göstərir ki, cənab Qruyevskinin mühafizəkar partiyası səslərin 39 faizini əldə edib. Bu isə hökuməti idarə etmək üçün kifayət deyil. Keçmiş baş nazir və prezident Branko Çervenkovskinin rəhbərlik etdiyi əsas rəqib partiya olan Sosial Demokratlar isə səslərin 32,7 faizini qazanıblar. Qruyevski yanvar ayında müxalifət partiyalarının partlamenti tərk etməsindən sonra seçkilərin bir əvvəl keçirilməsinə çağırmışdı. Makedoniyanın yeni hökuməti qarşısında duran əsas vəzifə ölkə iqtisadiyyatını canlandırmaq və Balkan ölkəsinin Avropa İttifaqı və NATO-ya üzvlüyü məsələsini sürətləndirməkdən ibarətdir.

XS
SM
MD
LG