Accessibility links

Maddi mədəniyyət abidələrinin bərpası [Video]


İraqda İŞİD-ə qarşı döyüşən qüvvələr qədim Nineviya şəhəri ərazisində yerləşən Mosula nəzarət üzərində mübarizəni davam etdirir. Bu ilin əvvəli isə Suriya höküməti tərəfdarı qüvvələr İŞİD-in nəzarət etdiyi Palmira şəhərini geri alıb. Hər iki yerdə bəşəriyyət üçün böyük əhəmiyyəti olan arxeoloji abidələr məhv olub. Bəziləri isə hətta bərpası mümkün olmayacaq dərəcədə dağıdılıb. Lakin kompüterlər və 3-D printerləri olan alimlərlərdən ibarət fədakar bir qrup qədim abidələr və oradakı maddi mədəniyyət abidələrini qoruyub saxlamağa niyyətlidir.

Suriyanın Palmira şəhərinə dəyən ziyan aydın görünür. Bəzi hallarda min illərlə tarixi olan bu şəhərin memarlıq abidələrini məhv etmək bir neçə gün tələb edbi.

Regiondakı maddi mədəniyyət abidələri çox qədimidir. Məsələn, bu səbət bizim eramızdan əvvəl 65-ci ilə aiddir.

İndi bir qrup arxeoloq bu abidələri 3-D ölçüsündə yenidən yaradır.

“Onlar barədə oxunub, səkillərinin çəkilməsinə baxmayaraq, assirioloqlar hər zaman əllərində əslinin olmasını istəyirlər. Bəlkə də gələcək nəsillər hazırkı təsvirlərə inanmayacaq. Onlar bu maddi mədəniyyət abidələrini görmək istəyəcəklər,” deyə Leiden Universitetindən Olivier Nüanhayza bildirir.

Bu maddi mədəniyyət abidələri hər hansı bir yolla bərpa edilə bilməsəydi, bu, bəşəriyyətin biliyi üçün böyük itki olardı. Ancaq onların üzərindəki informasiyanı da bu silikon qəliblərə köçürtmək olsa, çox gözəl olardı.

Leiden Universiteti və Delft Texnologiya Universitetindən hollandiyalı komanda artefaktların silikon qəliblərini skannerdən keçirir, daha sonra isə onların 3D ölçüdə çap edir.

“Bir elektron fayl yaranır ki, bu da nümunənin elə özü olur. Bu maddi mədəniyyət abidələri dünyanın digər tərəfindəki həmkarlarınla bölüşə bilirsən,” Nüanhayza deyir.

London Universitetindən Mark Viden kimi tədqiqatçılar bu komandanın gördüyü işlərə görə çox minnətdardılar:

“Bu maddi mədəniyyət abidələri hər hansı bir yolla bərpa edilə bilməsəydi, bu, bəşəriyyətin biliyi üçün böyük itki olardı. Ancaq onların üzərindəki informasiyanı da bu silikon qəliblərə köçürtmək olsa, çox gözəl olardı.”

Məqsəd keçmişə xidmət göstərən bu pəncərələri zaman və bəzən də bəşəriyyətin yavaş-yavaş dağıtmasına baxmayaraq qoruyub saxlamaqdır.

XS
SM
MD
LG