Accessibility links

Böyük Vətən Müharibəsi iştirakçılarına maddi yardım ediləcək


Prezident Ilham Əliyev müharibə veteranları ilə
Prezident Ilham Əliyev müharibə veteranları ilə

Aprelin 3-də Azərbaycan prezidenti İlham Əliyev “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncam imzalayıb.

Sənədə əsasən, müharibə iştirakçılarına 800 manat ölçüsündə (təxminən 763 dollar) birdəfəlik maddi yardım göstəriləcək.

Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 400 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan 8,3 mln. manat (təxminəm 7,9 mln. dollar) vəsait ayrılıb.

Xatırladaq ki, Böyük Vətən Müharibəsi iştirakçılarına ötən illərdə də yardım göstərilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG