Accessibility links

Madelin Olbrayt: "Demokratiya bir hadisə deyil, bu, bir prosesdir”


Karnegi Sülh Fondunda keçirilən “Sovet İttifaqının dağılmasında 20 il sonra ictimai rəy” adlı konfrans - 9 dekabr 2011

Karnegi Sülh Fondunda keçirilən “Sovet İttifaqının dağılmasında 20 il sonra ictimai rəy” adlı konfrans - 9 dekabr 2011

“Vladimir Putin inam böhranından sığortalanmayıb. Mən Rusiyada idarəçilik barədə bu qədər suallar olan perioda rast gəlməmişəm”. Bu sözləri Karnegi Sülh Fondunda keçirilən “Sovet İttifaqının dağılmasında 20 il sonra ictimai rəy” adlı konfransda ABŞ-ın sabiq dövlət katibi Madelin Olbrayt deyib.

Onun sözlərinə görə, cənab Putin öz xalqı adında qərarlar verməyə icazəsi olduğunu düşünə bilər, amma əslində bu belə deyil.

Xanım Olbrayt cənab Putin bir çox sualları nəzərdən keçirməli olduğunu bildirdi: “Məsələ ondadır ki, Putin nə təklif edəcək. Moskvadakı hadisələri Ərəb baharı ilə müqayisə etsək, deyə bilərəm ki, Ərəb baharı əlavə vaxt artırılmış bir basketbol oyunu deyil. Bu, uzun bir hekayədir, bu, bir marafondur. Hazırda Rusiyada gördüklərimiz də bir gecənin hadisəsi deyil. Fikrimcə, səbrli olmaq lazımdır. Demokratiya bir hadisə deyil, bu, bir prosesdir”.

Xanım Olbraytın sözlərinə görə, bu prosesin vacib tərkib hissələrindən biri də sosial medialardan istifadədir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG