Accessibility links

Madina Yarbussinova: Azərbaycanda traffikinqə qarşı mübarizədən razıyam


ATƏT-in xüsusi nümayəndəsi və traffikinqə qarşı mübarizə üzrə koordinator Madina Yarbussinova Azərbaycana 4 günlük səfərini başa vurub. Səfərin məqsədi ATƏT-in hələ 2012-ci ildə irəli sürdüyü tövsiyələrin tətbiqinin qiymətləndirilməsindən ibarət idi.

“Hakimiyyətin səylərindən, xüsusən bu sahədə qanunvericilik düzəlişlərindən razıyam”, deyən Yarbussinova qeyd edib ki, söhbət traffikinqə görə cəzanın sərtləşdirilməsindən, habelə qanuna traffikinq qurbanlarının repatriasiyası haqqında düzəlişlərdən gedir.

Azərbaycan işçi qüvvənin miqrasiyası və üçün getdikcə daha da cəzbedici olur. Əmək miqrantları kateqoriyasının hüquqları işəgötürənlər tərəfindən pozulur.

“Hakimiyyət bu istiqamətdə problemlərin həlli üçün bizim 2012-ci ildə verdiyimiz tövsiyələrdən istifadə edib”, deyə o qeyd edib.

Yarbussinova Bakıda və Gəncədə traffikinq qurbanlarının olduğu sığınaqlara baş çəkib, həmçinin bir sıra ölkə nazirlərinin müavinləri, ombudsman və vətəndaş cəmiyyəti ilə görüşlər keçirib, bu barədə ATƏT-in Azərbaycandakı ofisinin press-relizində deyilir.

XS
SM
MD
LG