Accessibility links

Madonna Nyu-Yorkda zorlandığını deyir [Fotoqalereya]


Harper’s Bazar jurnalındakı məqalədə Madonna keçmişdə həyatında baş verən hadisələr haqda açıqlama verib. Madonna jurnala “Nyu-York mənə qollarını açmadı” deyib.

Madonna Nyu-York şəhərinə köçdükdən cəmi bir neçə gün sonra bıçaq gücünə zorlandığını deyib. Əslən miçiqanlı Madonna Nyu-Yorka 1978-ci ildə gəlib. Müğənni hətta bu şəhərdə ona tapança belə çəkildiyini yazır. Lakin cinayət barədə polisə məlumat vermək əvəzinə Madonna illər uzunu bu hadisəni gizli saxlayıb.

Bu azmış kimi Madonna ilk dəfə Nyu-Yorka köçən zaman bir neçə dəfə onun evini soyublar. Bütün bu baş verənlərə baxmayaraq Madonna dünya miqyasında ulduz səviyyəsinə yüksəlməyə müvəffəq olur.

“İşimdə və həyatımda cəsarətli olmasaydım, bu planetdə olmağımın mənası olmazdı” -deyə müğənni yazır.
XS
SM
MD
LG