Accessibility links

Madonna və Şan Penn uzun ayrılıqdan sonra görəsən yenidən birlikdədirmi? Madonna keçmiş həyat yoldaşı Şan Penn filmin premyerasına dəvət edib.

“İnqilabın sirli layihəsi” Madonnanın yeni filmidir və əlbəttə ki, Madonna tərzinə uyğun olaraq bu yeniliyi qeyd etmək qərarına gəlib. O və Şan Penn arasında münasibətlər deyilənə görə 1985-1989-ci illər arası olduqca gərgin olub. Amma indi onlara baxdıqda buna inanmaq olmur.

Keçmiş cütlük arasında münasibətlər görünür indi yaxşılaşıb. Mərasimdə Lindsi Lohen də iştirak edib. Qara geyimdə və dəri gödəkçə geyən Lindsi deyəsən Madonnanın stilində geyinmək qərarına gəlib.

Bundan başqa mərasimə məşhur jurnalist Anderson Kuper də gəlib. Səhnəyə Madonna 13 yaşlı oğlu Rokk Ritçi ilə çıxıb.
XS
SM
MD
LG