Accessibility links

Madonna Brahim Zaybatdan ayrılıb


Dünyanın məşhur subaylarının nəzərinə! Belə görünür ki, Madonna yenidən təkdir. Deyilənə görə müğənni ssevgilisi Brahim Zaybatdan ayrılıb. Perez Hilton.com saytı xəbər verir ki, iş öhdəlikləri üzündən bir-biri ilə çox vaxt keçirə bilməyən cütlük 3 illik məhəbbət macərasına son qoymağa qərar verib. 55 yaşlı pop ulduzu Nyu-Yorkda, 25 yaşlı rəqqas isə Fransanın Ulduzla Rəqs Etmək variantında çıxış etmək üçün Parisdə qalır. Cütlük haqda şayiələr hələ bir qədər öncə onların bir yerdə xeyli vaxt görünmədiyindən sonra yayılmağa balamışdı. Əvəzində, Maddonna vaxtını keçmiş əri Şon Pennlə keçirir. Sabiq ər-arvad bir birini Madonnanın “Gizli Layihə İnqilabı” tədbirində görməkdən şad olublar. Onlar həmçinin Şükran bayramında aktyorun Haititdəki xeyriyyə təşkilatına baş çəkərkən bir yerdə olublar.
XS
SM
MD
LG